Qısqanc qadın başqa qızla evlənmək istəyən keçmiş sevgilisini öldürüb.
Mynews.az Milli.Az-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayan 30 yaşlı adı açıqlanmayan qadın ağılasığmaz qətl törədib.
O, keçmiş sevgilisini öldürdükdən sonra ətindən ərəblərin milli yeməklərindən olan maçbus bişirib, qalıqlarını isə qonşunun itinə yedirib.
Mərakeşli qadın bildirib ki, bunu keçmiş sevgilisindən intiqam almaq üçün edib.
Əbu-Dabi qəzeti olan "The National" yazır ki, qadın münasibətləri ərəfəsində onu daima pulla təmin edib.
BƏƏ-nin prokuroru bildirib ki, qətl hadisəsi aylar öncə baş versə də, blendrdan diş tapıldıqdan sonra cinayətin üstü açılıb.
Qadın əvvəlcə ifadəsində məsuliyyəti boynundan atmağa çalışsa da, sonra etiraf edib və dəlilik etdiyini söyləyib.
Öldürülən şəxsin qardaşı yanvar ayından bəri onun itkin düşməsi barədə polisə xəbər vermişdi. Blendrdan diş tapan oğlan qardaşının öldürüldüyündən şübhələnib və böyük cinayətin üstünü açıb.
Qeyd edək ki, cütlük 7 il birlikdə olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub