Taksi sürücüsünün çənəsini sındırmış məşhur futbolçunun həbsi qüvvəyə mindi
Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner barəsində 50 günlük həbs qərarı çıxarılıb.
Mynews.az xəbər verir ki, futbolçu bu qərardan apellyasiya şikayəti verməyəcək. Bu barədə dünən Kopenhagen əyalət prokuroru məlumat verib:
“Futbolçu öz şikayətini geri götürür. Kopenhagen Respublika Prokuroru apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər səbəb olmadığı qənaətindədir. Ona görə də qərar qüvvəyə minir”.
Onun 50 gününü həbsxanada keçirib-keçirməyəcəyi bilinmir. Amma Danimarkada altı aydan az həbs cəzası çıxarılanda həmin şəxs elektron nəzarət altında da ola bilər.
Qeyd edək ki, Bendtner bu ayın əvvəlində taksi sürücüsü 4.8 dollar tələb etdiyindən, onu döymüşdü. Bu döyülmə nəticəsində sürücünün çənəsi sınmışdı. Oyunçu isə bunu özünü müdafiə məqsədi ilə etdiyini bildirmişdi.
Onu da bildirək ki, “Arsenal” və “Yuventus”un sabiq hücumçusu əvvəllər də qalmaqal yaşayıb. O, 2012-ci ildə Danimarka millisi ilə qol vurarkən reklam məqsədi ilə alt paltarını nümayiş etdirdiyi üçün cəzalanıb və 80 min avroluq cərimələnib.
2014-cü ildə isə Kopenhagen taksilərindən birinə sərxoş halda minən Niklas Bendtner şalvarını çıxararaq cinsiyyət orqanını kənardakı insanlara göstərərək onları təhqir etmişdi.
Dünya
- Supermarketdə əxlaqsızlıq edən modeli interpol axtarışa verdi
- İldırım vuran 2 uşaq belə xilas edildi
- Antalyada meşə yanğını başladı
- Məşhur aparıcının anası dənizdə boğuldu - VİDEO - FOTO
- Balayı faciəyə döndü - 2 günün gəlini hoteldə öldü - FOTO
- İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1005 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 914 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 914 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 598 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 597 dəfə oxunub