Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabın Nyu-York Cənub Bölgəsi Federal Məhkəməsində həbsxana yoldaşı tərəfindən açılan məhkəməsi davam edir.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, Zərrabla bir müddət “Metropolitan” həbsxanasında eyni kameranı bölüşən Faozi Yaber kamera yoldaşının ona iki dəfə təcavüz etdiyini iddia edir.
R.Zərrab isə vəkili Robert Anello vasitəsilə məhkəməyə müraciət göndərərək haqqındakı ittihamları təkzib etmişdi. Hakim Şolomo Haqler isə məşhur iş adamının müraciətini qəbul edərək ittihamçının yenidən məhkəməyə müraciət etməsini istəmişdi. Yaber isə ittihamların arxasında dayanıb və yeni şikayətini məhkəməyə göndərib. O, Zərrabdan mənəvi zərərə görə kompensasiya tələb edir.
Yaber yeni müraciət ərizəsində Zərrabın ona dəfələrlə cinsi təcavüz etdiyini yazıb. 63 yaşlı afrikalı məhbus həbsaxana otağının onun üçün işgəncə yerinə çevrildiyini qeyd edib. O bildirib ki, ağır xərçəng xəstəsidir, buna görə də 35 yaşlı bir insana qarşı müqavimət göstərə bilməyib. Zərrabın ona verdiyi işgəncələrdən sonra etibarı və karyerası zədələnib, psixoloji travma alıb. O, həmçinin Zərrabdan bütün iqtisadi ziyanlarını qarşılamağı, hətta bu məhkəmə üçün tutduğu vəkilinin pulunu belə ödəməsini tələb edib.
Bütün bu mühakimələrə cavab olaraq Rza Zərrab ən gec 13 fevral tarixində müdafiə ərizəsini məhkəməyə təqdim edəcək.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub