Türkiyənin Diyarbəkir şəhərində 2016-cı ilin 8 oktyabr tarixində öldürülən Ali Kesik cinayətinin sirri 6 ay sonra açılıb.
Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, qaynı M.K. ilə eşq yaşayan Kesikin həyat yoldaşı L.K. məhkəmədə həbs olunub.
Kimsəsiz bir ərazidə 33 yerindən bıçaqlanaraq öldürülən 42 yaşlı 5 uşaq atası Əli Kesik cinayətinin detalları üzə çıxıb. İstintaq qrupu Kesikin bütün yaxınlarının izahatını alıb. Mərhumun 33 yaşlı qardaşı M.K.-nin ziddiyyətli ifadələri polisi şübhələndirib.

M.K.-nin 4 ildir qardaşı arvadı L.K. ilə eşq yaşadığı və evlənmək üçün böyük qardaşını planlaşdıraraq öldürdüyü məlum olub. Polis M.K.-nin hadisə günü icarəyə avtomobil götürərək qardaşını təqib etdiyini, tanınmaması üçün üzünü bağlayaraq qardaşının qarşısını kəsib və avtomobildən enən zaman 33 bıçaq zərbəsi ilə onu öldürdüyü müəyyən edilib. İstintaqa o da məlum olub ki, mərhumun həyat yoldaşı sevişdiyi qaynına "Artıq bitir bu işi" deməsindən sonra Ali Kesik qardaşı tərəfindən amansızca qətlə yetirilib.
M.K. və gəlinləri məhkəmə zalında həbs ediliblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub