Hindistanda üçüncü mərtəbədən yıxılan iki yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb.
Martın 4-də Madhya-Pradeş ştatının Şivpuri şəhərində qeydə alınmış hadisənin görüntüsünü “Daily Mail” nəşri yayıb.
Kadrlarda uşağın yoldan keçən qadının düz qarşısında yerə çırpıldığını və hətta toxunuşdan telefonunu belə əlindən düşürdüyünü görmək olur. Şokda olan hind qadın yaxınlıqdakı bordura əyləşir, ətrafda olan iki kişi isə huşunu itirmiş azyaşlının köməyinə qaçır. Hadisə yerinə toplaşan xeyirxah qadınlardan biri onu avtomobillə yaxınlıqdakı xəstəxanaya çatdırır.
Maraqlıdır ki, uşaq heç bir ciddi xəsarət almayaraq, kiçik göyərti və sıyrıqlarla “ölümü aldadıb”. Eyvanda oynayan zaman yıxılmış uşağın sağ qalmasına onun aşağıdakı naqillərin üzərinə düşməsi öz təsirini göstərib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub