Türkiyənin tanınmış ilahiyyatçısı Nihad Hatipoğlu "Oruclu biri həyat yoldaşını öpərsə, orucu pozularmı?”, "Qadın və kişi orucludursa, onlar öpüşərsə, bu orucu pozarmı?” kimi Ramazanda mübahisə yaradan suallara aydınlıq gətirib.
İlahiyyatçı bildirib ki, öpüşmək orucu pozmur, amma belə hallardan uzaq olmaq məsləhətdir.
"Ər və həyat yoldaşı arasında öpüşmə normaldır. Tutaq ki, evin xanımı ərini işə yola salarkən yanağından öpüb. Yaxud evə qayıdarkən ər və arvad bir-birilərini öpə və qucaqlaşa bilərlər. Bu mümkün haldır və qəbahət deyil. Çünki Peyğəmbərimizin buna icazə verdiyini bilirik. Bu məsələdə əsas olan həddi aşmamaqdır. İmkan varsa, belə hallardan uzaq dursunlar. Çünki oruclu olarkən hər şeyə diqqət etmək lazımdır. Amma yalnız öpməklə oruc pozulmaz”, - deyə N.Hatipoğlu vurğulayıb.
///Azvision.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub