Havay adalarından sayılan Mauidə 17 gün əvvəl itkin düşmüş qadını tapıblar. Amanda Eller axırıncı dəfə oradakı meşə qoruğuna haykinq məqsədi ilə getmişdi.
Bizimyol.info xəbər verir ki, ondan xəbər çıxmayanda yerli icra strukturunun nümayəndələri axtarışa başlayıb. Əvvəlcə Amandanın avtomobilini aşkar ediblər. Maşında telefon, pulqabı və su şüşəsini görüblər. Asvtomobilin açarı da ön oturacağın altında gizlədilibmiş.
Amandanın valideynləri genişmiqyaqsı axtarış tədbirləri təşkil ediblər. Elleri tapana 10 min dollar mükafat da vəd olunub. Sonradan məbləğ 5 dəfə artırılıb.

Amandanı itkin düşəndən 17 gün sonra tapıblar. O, avtomobilindən 6 km aralıda çıxılmaz vəziyyətdə qalıbmış. Günəş şüaları qadını möhkəm yandırıb, ayaqqabılarını itirib, üstəlik, ayağının biri sınıb. Onu təcili xəstəxanaya çatdırıblar.
Amanda qoruqda azdığını deyir. Qadın cığırla maşınına tərəf qayıtmağa çalışıb, əksinə, bir az da uzaqlaşıb, azıb. Bu müddətdə xeyli arıqlayıb. Amanda hətta həşərat yeməyə də məcbur olub. Eller palçıqda yatdığını, gecə üstünü yarpaqlarla örtdüyünü danışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub