Ötən həftə günorta saatlarında evdən çıxaraq yaxınlıqdakı Dande çayına çimməyə gedən 8 yaşlı Akkim Masevo itkin düşmüşdü. Valideynləri və kənd sakinləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər.
Dünənsə Akkim tapılıb. Daha doğrusu, onun vücudunun qalıqları adamyeyən timsahın qarnından çıxarılıb.
Mynews.az Bulawayo24-ə istinadən bildirir ki, qorxunc olay Zimbabvenin şimalındakı Maşonalend əyalətində, Mbire bölgəsindəki Muvhundika kəndində yaşanıb.
Kəndin kənarındakı çayda yaşayan və son vaxtlar ev heyvanları yeməyə dadanan timsahı kəndlilər güllələyərək öldürüblər.
Timsahın qarnı yarılanda isə orada A.Masevonun cəsədinin qalıqları aşkarlanıb.
Qalıqların məhz A.Masevonun cəsədinin parçaları olduğunu oğlanın atası, 56 yaşlı Vision Masevo təsdiqləyib.
Bu yaxınlarda Maşonalend-İst vilayətindəki Beatrice kəndində ovçuların öldürdükləri timsahın qarnından kişi cəsədinin qalıqları tapılıb. Həmin şəxs itkin düşmüş balıqçı idi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub