Türkiyənin Nəqliyyat Nazirliyi İstanbulda uzun tıxaclara səbəb olan Fatih Sultan Mehmet körpüsündəki təmir işləri ilə bağlı açıqlama verib.
Mynews.az Redaktor.az-a istinadla məlumatına görə, nazirlikdən bildirilib ki, asfalt qatı yenidən çəkildiyinə və konstruksiyada təmir işləri aparıldığına görə, körpünün bir hissəsi tamamilə bağlanıb. Nazirlik vətəndaşları təmkinli olmağa çağırıb. Qeyd edək ki, iki gün əvvəl başlayan təmir işlərinin 52 gün davam edəcəyi gözlənilir. Avropa və Asiyanı birləşdirən körpünün bir hissəsinin bağlanması İstanbulda uzun tıxaclara yol açıb. Minlərlə sürücü və sərnişin saatlarla yollarda qalıb.
Təmir işlərinin Əkrəm İmamoğlunun bələdiyyə mandatının aldığı gün başlaması müxalifətin diqqətindən qaçmayıb. Onlar iddia edir ki, hakim dairələr bu yolla Binəli Yıldırıma etimad göstərməyən İstanbul sakinlərini cəzalandırır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub