Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsi ölkənin gündəmini zəbt edib.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kafelərdən birində övladı ilə yemək yeyən Əminə Bulud 4 il əvvəl boşandığı həyat yoldaşı tərəfindən hücuma məruz qalıb. Keçmiş ər Fedai Baran 10 yaşlı qızının gözü öldürüb.
Sözügedən kadrlarda mərhum boğazını tutaraq ölmək istəmədiyini söyləyir. Hadisənin şokunda olan 10 yaşlı qızı isə ona yaxınlaşaraq "ana, nə olar ölmə!”, - deyib.
Yaralının həyatını xilas etmək mümkün olmayıb.
F. Baran daha sonra açıqlamasında deyib:
"Söhbət zamanı Əminədən təkrar evlənib evlənməyəcəyini soruşdum. Çünki belə bir şey eşitmişdim. O da evlənəcəyini dedi. Daha sonra uşağın kimdə qalacağını danışan zaman məni təhqir etdi. Əsəbiləşib əvvəlcə qarın boşluğuna bıçaqla zərbə vurdum, daha sonra bədəninin müxtəlif nahiyələrinə”.
Hadisə ilə bağlı sosial şəbəkələrdə Əminə Bulud həştəqi yaradılıb və milyonlarla insan bu hadisəyə etiraz edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub