Keniyada dəhşətli hadisə baş verib.
Mynews.az haberler-ə istinadla xəbər verir ki, Keniyanın paytaxtı Nayrobi şəhərinin qərbində yerləşən Kabiangek vilayətində 14 yaşlı məktəbli qız özünü öldürüb.
14 yaşlı qız mensturasiya olduğuna görə sinifdən qovulduğu üçün canına qəsd edib. Adı açıqlanmayan qızın anası mətbuata açıqlama verərək qızının məktəbdən gəldikdən sonra özünü öldürdüyünü söyləyib.
O bildirib ki, qızı ilk dəfə mentruasiya olub və yanında hər hansı bez olmadığına görə məktəbli forması ləkələnib. Bunu görən müəllim qızı oğlanların arasında biabır edib, təhqiredici və alçaldıcı ifadələr işlədib. Dərsdən evə qayıtdıqdan sonra başına gələnləri anasına danışan yeniyetmə qız fürsət tapan kimi özünə qəsd edib.
Hadisə ölkədə rezonans doğurub. 200-ə yaxın valideyn məktəbin həyətinə yığışaraq etiraz aksiyası keçiriblər. Polis etiraz aksiyasını yatırmaq üçün bibər qazından istifadə edib. Aksiyaya görə 5 nəfər saxlanılıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub