Trampın Merkelin əlini sıxmaması alman mətbuatına bomba kimi düşüb. Alman mətbuatı Merkeli Trampın qarşısında passiv qaldığı üçün tənqid edib.
Jurnalistlərin israrla iki liderin əl sıxışmasını istəyinə rəğmən ABŞ prezidenti Donald Tramp əlini uzatmayıb. Bu isə Merkeli çətin vəziyyətə salıb. Xarici siyasətdə dünya liderlərinə qarşı mövqeyi daim tənqid edilən Merkelin son davranışları yeni tənqidlərə səbəb olub.
Alman mətbuatı görüşü "çətin bir münasibətin başlanğıcı" kimi qiymətləndirib. Bəzi qəzetlər Tramp-Merkel görüşünü "daha pis ola bilərdi" başlığı ilə şərh edib.
Nüfuzlu bir qəzet isə belə yazıb: "Ölkənin şərəfini qorumaq bir yana, özünə hörmət harda qaldı? Bunlar Merkelə aid olmayan şeylərdir. Ya da başqa bir sözlə onun bunlarla əlaqəsi də yoxdur. İmkan verək özünü diskfalifikasiya etsin".
Qeyd edək ki, Trampın Angelanın əlini sıxmaması Amerika mətbuatının da gündəminə oturub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub