Somalidə iki güclü partlayış törədilib.
Mynews.az Redaktor.az-a istinadla xəbər verir ki, hücumlardan birinin hədəfində ABŞ hərbi bazası olub. Məlumata görə, ABŞ-ın Şabelle bölgəsində yerləşən Baledoql hava bazası yaxınlığında minalanmış iki nəqliyyat vasitəsi partladılıb. Ardınca ərazidə atəş səsləri eşidilib. Bazada dağıntılar olduğu deyilir.
Bir neçə dəqiqə sonra paytaxt Moqadişoda hərbi karvan hədəfə alınıb. Partlayıcı qurğu zirehli texnikaların yaxınlığında işə salınıb.
Ölənlərin olduğu irəli sürülsə də, tələfat barədə rəsmi açıqlama yoxdur. Hücumlara görə məsuliyyəti Əl-Şəbab terror qruplaşması üzərinə götürüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub