Pakistanın Rahim Yar Han şəhərində sərnişin qatarında partlayış, ardınca isə güclü yanğın baş verib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 65 nəfər həyatını itirib. Çox sayda insan yaralanıb.
Məlumata görə, Kəraçi-Ravalpindi marşrutu üzrə hərəkət edən qatarın 3 vaqonu yanğın nəticəsində tamamilə sıradan çıxıb. Pakistan Dəmir Yollarından bildirilib ki, partlayışa səbəb sərnişinlərdən birinin daşıdığı kiçik qaz balonu olub.

Partlayışdan sonra həyəcan keçirən sərnişinlərdən bəziləri vaqonlardan tullandığı üçün həyatını itirib. Faciə baş verən əraziyə helikopterlər və təcili yardım briqadaları cəlb edilib. Ordu da yaralılara müdaxilə edilməsi üçün həkimlər göndərib.
,
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub