Yanvarın 24-dən Çin ərazisində koronavirusla bağlı karantin elan edilib. Ölümcül virusun yayılmasının qarşısını almaq üçün ölkədə tədbirlər görülür.
Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, sosial şəbəkədə karantin qaydalarına tabe olmayan insanlara qarşı zor tətbiq edilməsi barədə videolar yayımlanıb.
Videodakı görüntülərdən məlum olur ki, qarşı çıxan insanları zorla təcili yardım maşınlarına mindirir və xəstəxanalara aparırlar.
Karantin və fövqəladə vəziyyət elan olunan Vençjou şəhərində insanlara iki gündə bir dəfə evdən çixmağa icazə verən vərəqələr paylayırlar.
İçan şəhərində isə polis zabitinin arxasında, divarda qırmızı rəngli plakatda “Evdən çıxsanız, ayaqlarınızı qıracağıq! Mübahisə etsəniz, vurub dişlərinizi tökəcəyik!” – yazılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub