İndoneziyada baş qaldırmış denq qızdırması ("dengue fever" - tropik qızdırma) həyəcan yaratmaqdadır.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 1-dən aprelin dördünə qədər ölkədə bu qızdırmanın 254 nəfər qurbanı qeydə alınıb.
Yoluxma faktının 40 min nəfər olduğu bildirilib. Ölkənin qərbi Cava ve şərqi Nusa Tenggara vilayətləri “qırmızı zona” elan edilib. Qızdırmanı ağcaqanadların yaydığı barədə məlumat var. Bundan öncəki illərdə də baş qaldırmış qızdırma 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfərin ölümünə səbəb olub.
"Arab News" xəbər verir ki, Yəmən xəstəxanaları da denq qızdırmasına tutulmuş xəstələrlə dolub.
Bali hökuməti də 2100 yoluxma faktı barədə məlumat yayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub