Türkiyə ilə siyasi qalmaqal yaşayan Hollandiyada keçirilən hökumət seçkiləri zamanı məntəqələrdən birində porno videonun nümayiş olunduğu üzə çıxıb. Mynews.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, hazırki baş nazir Mark Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya üçün Xalq Partiyasının qalib gəldiyi seçkilər vaxtı Overijsel vilayətinin Enşede qəsəbəsində yerləşən məntəqədə səslərin sayılması zamanı divardakı ekranda seks videosunun gösərilməsi ilə bağlı xəbər yayılıb.
İngiltərənin "The Sun" qəzetində yer alan xəbərdə bildirilib ki, seçki məntəqəi yerli futbol klubunun binasında yerləşib və səslər sayılarkən bir neçə dəqiqə ekranda video nümayiş etdirilib.
Artıq məntəqə sədri məsələyə münasibət bildirib. Məlum olub ki, klubun işçilərindən biri zarafatla seçkiləri göstərən kanalı porno kanala dəyişib və məlum mənzərə ortaya çıxıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub