Türkiyədə koronavirusla bağlı karantin rejimi qaydalarının yumşaldılması istiqamətində turizm sahəsində normallaşma planı hazırlanıb.
Mynews.az "Qafqazinfo" istinadən xəbər verir ki, yeni plana görə, bütün nəqliyyat daşıyıcılarında dezinfeksiyaedici vasitələr olacaq, yanaşı oturacaqlardan biri boş qalacaq.
Otel ərazisinin yalnız 60%-nin müştərilərlə dolu olmasına icazə veriləcək. Otelə gələn müştərinin maskası olmazsa, o, həmin vasitə ilə təmin ediləcək. Turistin girişdə hərarəti ölçüləcək. Binanın qəbul şöbəsində sosial məsafə cizgisi çəkiləcək. Virus əleyhinə fərqli dillərdə broşurlar və məlumat vərəqələri paylanacaq. Liftlər, dəhlizlər daxil olmaqla, otelin müxtəlif yerlərinə dezinfeksiyaedici vasitələr qoyulacaq.

Qapı tutacaqları, sensor ekranlar, nəzarət panelləri, tualetlər və dəzgahların üzəri dezinfeksiya ediləcək. Gözləmə zallarında sıxlığa yol verməmək üçün oturacaqların və kresloların sayı azaldılacaq. Otaqlardakı su qızdırıcıları, televiziya və kondisioner pultları turist oteldən getdikdən sonra dezinfeksiya ediləcək. Otaqlar 12 saat boş saxlanılacaq.

Üzgüçülük hovuzu, şezlonqlar olan sahələrdə sosial məsafə gözlənilməlidir. Turistin hovuza girmədən əvvəl riayət etməli olduğu qaydalar yazılmış lövhələr gözlə görülə bilən yerlərdə asılacaq. Fitnes salonu və SPA sahələri bu il bağlı olacaq.

Qeyd edək ki, Türkiyədə Ramazan bayramından sonra ölkədaxili, iyunun 12-dən sonra isə xarici uçuşlar başlayacaq. Xaricdən Türkiyəyə ilk uçuşlar Almaniya və Rusiyadan ediləcək. Ancaq bu uçuşlar hər iki ölkədə epidemiya riskinin az olduğu şəhərlərin hava limanlarından ediləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub