Evinə yollanan kişi küçədə körpə ağlamağının səsini eşidib, ətrafına boylandıqda səsin polietilen torbadan gəldiyini anlayıb. Kişi yaxınlaşıb bükülünü açıb və gördüyü mənzərədən dəhşətə gəlib: paketin içində üzərində çoxlu kəsik yaraları olan, kürəyinə isə paslı bıçaq saplanmış uşaq olub.
“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə Argentinada baş verib.
Bildirilir ki, 31 yaşlı idman müəllimi körpəni qucağına alaraq dərhal yaxınlıqdakı polis məntəqəsinə çatdırıb. Körpə oradan da xəstəxanaya aparılıb və təcili terapiya edilib.
Məlum olub ki, körpə cəmi iki günlükdür. Balacanın bədənində çoxlu kəsik yaraları olub, ancaq daxili orqanlarına zərər dəyməyib. Onun vəziyyəti hazırda stabildir.
Qızcığaza tərcümədə ümid mənasına gələn Esperansa adı verilib.
Körpənin anası artıq müəyyən edilib və saxlanılıb. Bildirilir ki, qadın uşağı dünyaya gətirəndən sonra xəstəxananı tərk edib. Onu hansı cəzanın gözlədiyi isə hələ məlum deyil.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub