44 gün davam edən İkinci Qarabağ Müharibəsində məğlubiyyəti qəbul edən Ermənistan 10 noyabrda imzaladağı razılaşmaya əsasən, Kəlbəcər, Laçın və Ağdamdan çıxmağa başlayıb.
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ermənilər nifrət və xainliklərini yaşadıqları evləri yandırmaqla biruzə veriblər. Ən çox talançılıq isə sabah təslim ediləcək Kəlbəcər rayonunda baş verir. Daşıya biləcəkləri əşyaları maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırırlar.
Onların bu hərəkəti dünya mətbuatının da diqqətini çəkib. Qərb, Rusiya və Türkiyə KİV bölgə sakinlərinin bu addımını fotolarla birgə işıqlandırıblar.
Qeyd olunub ki, onlar mağaza, idarə binalarını yararsız hala salırlar və eyni mənzərə Laçınla Ağdamı da gözləyir.
Fotolardan ermənilərin evlərin dam örtüklərini, odun parçalarını, məişət əşyalarını özləri ilə apardıqları əks olunub.





















1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub