Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə ilginc məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi iddia olunur. Bunu sosial şəbəkə istifadəçiləri Ayvazyanın azərbaycanlı olması ilə izah edir.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, Ara Ayvazyan həqiqətən də Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.
Ara Qudratoviç Ayvazyan haqqında müvafiq məlumatlar bu gün Vikipediyanın rusdilli şöbəsindən tələsik şəkildə çıxarılıb. İnternetdə yalnız kiçik keş məlumatlar qalıb.
Hazırda Vikipediyada Ayvazyanın yalnız erməni dilində olan səhifəsini tapmaq olar. Orada isə Azərbaycanla bağlı heç bir məlumat yoxdur.

1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub