Nikol Paşinyan matəmdən hətta siyasi məqsədləri üçün istifadə edir.
Mynews.az xəbər verir ki, bunu "Daşnaksütyun" partiyasının üzvü İşxan Saqatelyan deyib.
O qeyd edib ki, Nikol Paşinyan hiyləgərlik işlədərək müxalifətin mitinqinin təyin edildiyi tarixdə matəm elan edib: "Niyə 45 gün yas elan etmədi? Çünki hətta yasdan öz siyasi məqsədləri üçün istifadə edir".
"Xalqımız ölkəni satan bu adamı qəbul edə və buna dözə bilməz. Ona "butulka tutan" Andranik Köçəryan və bir neçə nəfər dəstək verir. Nikol Paşinyan saxtakarların lideridir. Bu ölkədə dezinformasiya yayan ilk insan Nikoldur, o yalanın kralıdır", - Saqatelyan bildirib.
Qeyd edək ki, Nikol Paşinyan ötən gün canlı yayımda 19 dekabrdan Qarabağda ölənlər üçün 3 günlük matəm elan etmişdi. (publika.az)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub