Britaniyalı müğənni Sofi Kseon Yunanıstanda vəfat edib.
“Pitchfolk” nəşri 35 yaşlı ifaçının bədbəxt hadisə nəticəsində dünyasını dəyişdiyini bildirib.
Belə ki, Sofi bədirlənmiş aya baxmaq üçün pilləkənlərlə yuxarı çıxmaq istəyib. Bu zaman müğənni sürüşərək yıxılıb və yerindəcə ölüb.
Qeyd edək ki, Sofi Kseon 1986-cı ildə Şotlandiyada doğulub. O, sintez olunmuş hiperkinetik əsərləri - “Bipp” (2013) və “Limonad” (2014) sayəsində tanınıb.
Müğənninin 2018-ci ildə işıq üzü görmüş “Oil of Every Pearl’s Un-Insides” solo albomu isə “Qremmi” mükafatına namizəd olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub