Erməni aktyor Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın "Facebook" səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdırıb.
Mynews.az xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa sonuncu səfəri zamanı çəkdirdiyi fotosunu paylaşıb.
Erməni aktyor Hovhannes Azoyan həmin paylaşımın altına "İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın” - deyə şərh yazıb. Ermənilər isə Azoyanı bu sözlərinə görə sərt tənqid atəşinə tutublar. Onu xainlikdə günahlandırıblar.
Qeyd edək ki, Hovhannes Azoyan 1982-ci ildə doğulub, Ermənistanın ən məşhur aktyorlarından biridir.
Bəhs edilən fotonu təqdim edirik:
(yeniavaz.com)

<
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub