Türkiyədə iyulun 28-dən bəri davam edən meşə yanğınlarının demək olar ki, hamısı lokallaşdırılıb.
Bunu əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli özünün “Twitter” səhifəsindəki paylaşımında bildirib.
Nazir Milas və Köyceğiz istisna olmaqla, bütün yanğın ocaqlarının nəzarət altına alındığını bildirib.
Həmçinin o, adıçəkilən ərazilərdə qurudan və havadan yanğınsöndürmə işlərinin davam etdirildiyini də qeyd edib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də meşə yanğınları ilə bağlı açıqlama verib. O, bildirib ki, artıq 256 yanğın lokallaşdırılıb və hazırda 4 yanğın ocağında müvafiq istiqamətdə işlər aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub