Ata mikroavtobusu saxlayarkən 4 yaşlı oğlunu əzib.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zonquldağda ata 4 yaşlı oğlunu evinin qarşısında mikroavtobusu saxlamaq üçün geriyə dönərkən əzərək öldürüb.
Zonguldak mərkəzin Kabalaklı kəndində avtobus sürücüsü olan Ergün T həyat yoldaşı və iki uşağı ilə birlikdə şəhər mərkəzindən evə qayıdıb. Həyat yoldaşı və uşaqlarının mikroavtobusdan düşüb evə getdiyini düşünən Ergün T maşını park etmək üçün geriyə manevr edib.
Ergün T həmin vaxt evə girməyən oğlu Ömər T-nin fərqinə varmayıb.
Hadisə yerinə gələn həkimlərin səyinə baxmayaraq Ömər T-nin həyatını xilas etmək mümkün olmayıb. Balaca uşağın cansız bədəni hadisə yerində aparılan araşdırmalardan sonra Zonquldak morquna aparılıb.
Ömər T-nin ölümü ilə bağlı Respublika Baş Prokurorluğu istintaqa başlayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub