35 il bundan əvvəl Kayseridə nişanlanan 55 yaşındakı Əzmi Bulut və özündən 4 yaş kiçik sevgilisi Mualla Beytül illər sonra evləniblər.
Mynews.az mətbuat.az-a istinadən xəbər verir ki, cütlük 1986-cı ildə nişanlanıb. Lakin sonra Əzmi Bulut hərbi xidmətə yollanıb. O, məzuniyyətə gəldikdən sonra ailələr nişanı pozublar.
Bu müddət ərzində Bulut və Mualla Beytül başqaları ilə ailə həyatı qurublar. 2 övladı olan Mualla Beytülün həyat yoldaşı 17 il əvvəl vəfat edib, 3 övladı olan Əzmi Bulut isə 3 il əvvəl boşanıb. Bulut və Beytül cütlüyü isə bir müddət bundan öncə təsadüfən qarşılaşıblar. Mualla Beytül deyib ki, onlar 35 ildən sonra ilk dəfə qarşılaşarkən o, keçmiş nişanlısını gözlərindən tanıyıb. Əzmi Bulut isə illərlə sevgilisinin yolunu gözlədiyini və hazırda çox xoşbəxt olduğunu bildirib.
Bundan sonra isə övladlarının razılığı ilə cütlük 35 ildən sonra yarım qalan sevgilərini yenidən birləşdiriblər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub