Bu gün səhər saatlarında Egey dənizi sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Türkiyənin İzmir şəhərində də hiss olunub.
"Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib
Zəlzələnin episentrinin Egey dənizinin 3,97 kilometr dərinliyində olduğu müəyyən edilib.
İlk təkanlardan doqquz dəqiqə sonra 4,3 bal gücündə daha bir zəlzələ baş verib. Sakinləri qorxudan yeraltı təkanlar İzmirlə yanaşı, Aydın şəhərində də hiss olunub.
Hələ ki, zərərçəkənlər barədə məlumat yoxdur.
"Egey dənizində baş verən və şəhərimizdə hiss edilən zəlzələ nəticəsində heç bir dağıntı olmayıb ”, - deyə İzmir Böyükşəhər bələdiyyə başçısı Tunç Soyer bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub