Məşhur qazaxıstanlı rejissor və operator Saken Bitayev ötən gecə Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı öldürülüb.
Bu barədə onun dostu, jurnalist Daniyar Adilbekov "Facebook”da yazıb.
Həmin vaxt Bitayevin yanında olan yoldaşının sözlərinə görə, iğtişaşçılar onların oturduqları avtomobilə yaxınlaşaraq onu ələ keçirməyə cəhd ediblər. S.Bitayev sərnişin oturacağında oturub, avtomobil qəfil hərəkət etməyə başlayanda, cinayətkarların atdığı güllələrdən biri onun ağ ciyərinə dəyib.
Kişi təcili yardımın gələnə qədər ölüb.
D.Adilbekov qeyd edir ki, mərhum ən istedadlı rejissorlardan biri, qazax hip-hopunun "atası”, "Salamalec soundu”n yaradıcısı olub.
Qohumların qatilləri tapmağa ümidləri yoxdur.
"Sakenin valideynləri onu evə apara bilmir. Çünki ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Günahkarlar da tapılmayıb. Və məncə, onları çətin ki, tapalar”, - deyə jurnalist qeyd edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub