ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.
Mynews.az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır", - deyə M. Olbrayt bildirib.
Qeyd edək ki, sabiq dövlət katibi səhifəsinə Azadlıq heykəlinin fotosunu da yerləşdirib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub