Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.
Mynews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Novaya qazeta.Yevropa” Rusiya Prezident Administrasiyasındakı mənbəsinə istinadən məlumat yayıb.
Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin rəqəmləri bildirməsindən sonra başlayıb.
“Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”, - Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfərin çağırılacağını bildirmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub