İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törətməkdə şübhəli bilinən suriyalı Əhləm əl-Bəşirin qaldığı evdə axtarış aparılıb.
Mynews.az BAKU.WS-ə istinadən xəbər verir ki, PKK üzvü olan əl-Bəşirin evində aparılan axtarış zamanı 3 min 800 ABŞ dolları, 5 min avro, 10 min lirə və xeyli sayda qızıl-zinət əşyaları aşkar olunub.
İstintaq zamanı həm də məlum olub ki, Əhləm əl-Bəşir İstanbula bir nəfərlə gəlib. Həmin şəxs suriyalı qadına 1 kiloqram partlayıcı verərək İstiqlal küçəsinə göndərib.
Onun Türkiyənin hər yerində axtarışları davam edir.
Qeyd edək ki, İstanbuldakı terror aktı 6 nəfərin ölümü, 81 nəfərin isə yaralanmasına səbəb olub.


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub