Arıqlamaq üçün internetdən dərman qəbul edən 40 yaşlı Gül Sevim Turpun başına iş gəlib.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, arıqlamaq üçün dərman alan qadın sürətlə 100 kiloya, daha sonra 350 kiloya çatıb.
Mədə əməliyyatından sonra arıqlamağa başlayan Turp "Mən yandım, heç kim yanmasın” deyərək hər kəsə xəbərdarlıq edib.
Belə ki, 40 yaşlı Gül Sevim Turp 2019-cu ildə 100 kilo olarkən artıq çəkisindən narahat olub və arıqlamaq üçün yollar axtarıb. Həmin vaxt uşaq bağçasında işləyən və internetdə araşdırma aparan Turp arıqlayan həbdən istifadə etmək qərarına gəlib. İddialara görə, internetdən aldığı həbləri bir müddət istifadə edən Turp arıqlamaq əvəzinə daha çox kökəlib.
Sağlamlıq problemləri ilə mübarizə apararkən həyat yoldaşının onu tərk edilməsi ilə məhv olan Turp həm fiziki, həm də psixoloji olaraq həyata tutunmağa çalışıb.
Məlumata görə, o, bu müddət ərzində bir çox xəstəxanalara müraciət edərək müalicə olunmağa başlayıb. O, ən son Sadi Konuk Tədris və Araşdırma Xəstəxanasına müraciət edib. Burada müalicəsinə başlanılan Turpun əməliyyat oluna biləcəyi bildirilib. Daha sonra o, mədə əməliyyatı keçirib. Uğurlu əməliyyatdan sonra arıqlamağa başlayan Turpun ümumi vəziyyəti həm özünü, həm də həkimlərini sevindirib.
Qadın bu müddət ərzində sağlamlıq problemlərinə üzülməsi ilə yanaşı, bir də ərinin onu tərk edib qaçmasına görə daha da sarsılıb.

1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub