Türkiyəli seysmoloq, professor Naci Görür baş verə biləcək zəlzələ ilə bağlı yeni proqnoz verib.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Naci Görür İstanbulda sənaye məskunlaşması üçün xüsusi işlər görülməli olduğunu qeyd edib.
Mümkün Marmara zəlzələsinin Türkiyəni uzun illər iqtisadi və siyasi cəhətdən özünə gələ bilməyəcəyi bir prosesə itələyəcəyini ifadə edən Naci Görür "Xahiş edirik, şəhəri davamlı etmək, iqtisadiyyatı zəlzələyə davamlı etmək deməkdir. Sənaye sıxlığı Maraş və Qaziantepdə İstanbuldan daha azdır. Eyni şeylər burada da olsa, Marmara Bölgəsində iqtisadiyyatın çarxları dayansa, bölgə çökər”, deyə bildirib.
Naci Görür deyib ki, İstanbulun Avropa səmti çökərsə, bütün Türkiyəyə təsir edəcək: "Türkiyədə hasilatın yarıdan çoxu bu bölgədədir. Türkiyənin iqtisadi və siyasi müstəqilliyi təhlükə altındadır. Belə olan halda siyasi müstəqillikdən danışmaq olmaz. Marmarada zəlzələ olsa, bu ölkə asanlıqla özünə gələ bilməyəcək”.
Görür Kahramanmaraş zəlzələsinin təsiri ilə Bingöl-Karlıova bölgəsində riskin artdığını bildirib.
Qeyd edib ki, Türkiyədə zəlzələnin gözlənildiyi bölgələr bunlardır: "Mərmərə, Ərzincan, Bingöl – Karlıova, ümumiyyətlə Ege Bölgəsi, İzmir ilə Antalya arasındakı sahil bölgələri. Kayseri-Sivas-Ərzincanın şərqi-Şimali. Malatya, İstanbul, xüsusilə də Avropa yaxası. Sahillərdən 10 km-lik məsafədə ərazilər də ciddi şəkildə hiss olunacaq”.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub