Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Qeyd olunur ki, Arayik Arutyunyanın böyük qızı hələ aprel ayında, toyundan dərhal sonra Qarabağı tərk edib və bir daha geri qayıtmayıb. Məlumatda o da bildirilir ki, separatçı rejimin "fövqəladə dövlət xidməti”nin əməkdaşı olan A.Arutyunyanın kürəkəni də işdən çıxarılıb və o, Qarabağı tərk edib.
Yayılan digər məlumatda isə A.Arutyunyanın kiçik qızının da artıq bir neçə aydır təhsil almaq adı altında İrəvana köçdüyü məlum olub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub