İndoneziyada qayığın batması nəticəsində 15 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Mynews.az xəbər verir ki, İndoneziyanın Sulavesi adasında tutumundan artıq sərnişin daşıyan qayığın çevrilməsi nəticəsində ilk təsbitlərə görə 15 nəfərin öldüyü, 19 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Yerli axtarış-xilasetmə agentliyinin rəhbəri Məhəmməd Ərəfah qeyd edib ki, gecə yarısından dərhal sonra çevrilən qayıq Lanto kəndindən Sulavesidən cənub-şərqdə, Buton Mərkəzi bölgəsindəki Lagili kəndinə doğru gedirmiş.
Sözügedən sərnişin qayığının tutumundan artıq sərnişin daşıdığı üçün çevrildiyini bildirən Ərafa qayıqda olan 15 nəfərin öldüyünü, 19 nəfərin isə itkin düşdüyünü bildirib. Ərafa qeyd edib ki, xilasetmə qrupları indiyədək 6 nəfəri xilas edib, 19 nəfər itkin düşənlərin axtarışı davam edir.
20 nəfərlik taxta qayıqda 40 nəfərin olduğu bildirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub