Çexiyanın Praqa şəhərində Yana Palaxa meydanında yerləşən ali məktəb binasında atışma baş verib.
Bunu Çexiya polisinin rəhbəri Martin Vondraşek CT24 televiziyasına bildirib
Hadisə nəticəsində 15 insan ölüb, 30-a yaxın insan yaralanıb.
Məlumata görə, hücumu təşkil edən şəxs əvvəlcə yaxınlıqdakı kəndə bomba qoymaq istəyib. Bu planı baş tutmadıqda isə atasını öldürüb və ali məktəbi atəşə tutub. Polisin bildirdiyinə görə, hadisəni törədən şəxs zərərsizləşdirilib. Cinayətkarın əlbirləri olmayıb.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan birbaşa təhdidin olmadığını qeyd edib.
Qeyd edək ki, atışmanın baş verdiyi ərazidə Karlov Universitetinin Fəlsəfə fakültəsi və İncəsənət, Memarlıq və Dizayn Akademiyası yerləşir.



1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub