İnsult səbəbilə müalicəsi özəl xəstəxanada davam edən ustad türk aktyoru Settar Tanrıöğənin son vəziyyəti açıqlanıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanadan verilən açıqlamada bildirilib ki, ötən həftə baş ağrısı və çaşqınlıq şikayəti ilə beyin damarlarında əmələ gələn anevrizmanın (baloncuk) partlaması nəticəsində beyin ilə beyin qişaları arasında qanaxma aşkar edilib.
Açıqlamada yanvarın bazar günü beyin qanaxmasına bağlı ola biləcək onurğa beyni mayesində artım olduğu təsbit edilən Tanrıöğendə maye təzyiqini tarazlaşdırmaq üçün neyrocərrahiyyə qrupu tərəfindən müdaxilə əməliyyatı edildiyi qeyd edilib.
Aktyorun müalicəsi reanimasiya şöbəsində davam edir.
Kliniki vəziyyəti stabil olan məşhur aktyorun bu cür beyin qansızmalarından sonra yarana biləcək risklər səbəbindən müalicəsinin reanimasiya şöbəsində davam etdiriləcəyi də vurğulanıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub