Heyvan otaran iki qardaşı və sürünü ildırım vurub.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsində baş verib.
Hadisə günorta saatlarında şəhər mərkəzinə bağlı Əsma kəndi ərazisində baş verib. Əldə edilən məlumata görə, Rahime-Mehmet Ali Aktaş cütlüyünün 4 uşağından ikisi Yunus Emre (17 yaş) və Əziz Aktaş (15 yaş) heyvanlarını otarmaq üçün otlağa gedib.
Qəfil yağan leysanla birlikdə ildırım çaxıb. İki qardaş ildırım vurması nəticəsində ağır yaralanıb. Yardıma gedən kənd sakinləri təcili yardımı gözləyərkən uşaqları torpağa basdırıblar.
İlkin tibbi yardımdan sonra hadisə yerinə gedən təcili yardım qrupları yaralı qardaşları Iğdır Dövlət Xəstəxanasına aparıb. Bədənlərində yanıq xəsarətləri alan qardaşların vəziyyətlərinin yenə də ağır olduğu öyrənilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub