İspaniyanın cənub-şərq vilayətlərinin yerli hakimiyyət orqanları Madriddən kömək istəyir. Dağıdıcı daşqınlara məruz qalan cənub-şərqi İspaniya daha bir problemlə - hər gün çoxalan siçovullarla mübarizə aparır. Valensiyanın Alfafar şəhərində 83 yeraltı tullantı anbarı su altında qalıb. Yerli hakimiyyətlər Madriddən tullantıların təkrar emalı zavodlarına daşınması üçün yük maşınları göndərməsini xahiş edir. Onlar şəhərdən cəmi 10 kilometr aralıdadırlar, lakin yollar zədələndiyi üçün orada saatlarla tıxac yaranır.
Yaş tullantıların yığılması təhlükəli infeksiyaların daşıyıcısı olan gəmiricilər üçün ideal çoxalma meydanına çevrilib. Peşəkar xilasedicilər və könüllülər isə dağıntıları təmizləməyə və hələ də itkin düşən 32 nəfərin axtarışına davam edir. Ümumilikdə daşqın 220-dən çox insanın həyatına son qoyub.
Axtarış işləri xilasedici qayıqların keçidini asanlaşdırmaq üçün sahilyanı ərazilərdə də intensivləşib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub