Cənubi Koreyalı aktyor Sonq Ce Lim 39 yaşında vəfat edib.
Mynews.az bildirir ki, məşhurun intihar etdiyi düşünülür. Belə ki, “Moon Embracing the Sun”, “La Rose De Versailles” kimi seriallarla tanınan Son Ce Lim Seuldakı evində ölü tapılıb.

Polis onun meyitinin həmin gün onunla nahar etməyi planlaşdıran dostu tərəfindən mənzilində tapıldığını üzərində heç bir zorakılığın olmadığını bildirib. Aktyorun vida məktubu tapılıb.
Ailəsi tibbi ekspertiza istəməsə də, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Digər tərəfdən, sözügedən intihar məsələsi Cənubi Koreyanın əyləncə sektorunda psixi sağlamlıq və təzyiqlərlə bağlı davam edən narahatlıqları gündəmə gətirib. Qeyd olunub ki, Koreyada əyləncə sənayesinin rəqabətli olması səbəbindən indiyədək bir çox məşhur ulduz intihar edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub