YouTube Rusiyada heç bir məhdudiyyət olmadan yenidən fəaliyyətə başlayıb.
Mynews.az xəbər verir ki, YouTube videohostinqi bütün Rusiya mobil operatorları vasitəsilə tam əlçatan olub. Lakin bir çox istifadəçilər platformaya girişdə hələ də problemlərlə üzləşdiklərini bildirirlər.
Xidmətin məlumatlarına əsasən, YouTube mobil internetdən istifadə edərkən bütün operatorlar üçün işləyir. Ancaq WiFi ilə qoşularkən videohostinqə giriş hələ də məhdud olaraq qalır.
Qeyd edək ki, YouTube-la bağlı problemlər yay aylarında başlamışdı. İyul ayında Dövlət Dumasının informasiya siyasəti üzrə komitəsinin rəhbəri Aleksandr Xinsşteyn bildirib ki, yükləmə sürəti 70 faiz aşağı düşə bilər.
O, bunun səbəbini xarici resurs administrasiyasının Rusiya qanunvericiliyini pozması ilə izah edib və bu addımın Rusiya istifadəçilərinə qarşı yox, YouTube administrasiyasına qarşı atıldığını vurğulayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub