Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.
Mynews.az xəbər verir ki, bu barədə “NHK” telekanalı Yaponiya İmperator Evinin İdarəsinə istinadən məlumat yayıb.
Yuriko Mikasa indiki İmperator Naruhitonun babası olan İmperator Hirohito Şouanın kiçik qardaşı Şahzadə Takahito Mikasanın dul arvadı idi.
Y.Mikasa noyabrın 15-də səhər saatlarında vəfat edib. O, imperator ailəsinin ən yaşlı üzvü idi. Qeyd edək ki, Şahzadə martın əvvəlində beyin infarktı səbəbilə Tokiodakı Müqəddəs Luka Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Ona həmçinin Aspirasion pnevmoniya diaqnozu qoyulmuşdu.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub