Məşhur rusiyalı kinorejissor, ssenarist Aleksandr Pankratov vəfat edib.
Mynews.az Rusiya Kinematoqrafçılar İttifaqıın öz saytına istinadən məlumat verir.
"Dostumuz və həmkarımız, Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, Rusiyanın Əməkdar artisti, bədii film rejissoru, kino operatoru Aleksandr Andreyeviç Pankratov 79 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilib.
Ölümün səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Pankratov 1968-ci ildə S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin Operatorluq fakültəsini bitirib. 1974-cü ilə qədər sənədli televiziya filmlərində operator işləyib. 1979-cu ildə "Mosfilm"in rejissoru olub. Onun işləri arasında "Rəssamın arvadının portreti", "Köhnə ruhda hiylələr", "Avtostopla səyahət" və s. yer alır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub