Ermənistandan gələn 700-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədini “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün elektron növbəyə yazılıb. Mynews.az zəbər verir ki, bunu Şimali Osetiya Nəqliyyatı İdarəetmə Mərkəzinin məlumatları sübut edir.
Son məlumatlara görə, növbədə 2290 yük maşını qeydiyyatdadır. Onlardan 666 erməni yük maşını Gürcüstana getmək üçün elektron növbədədir. Bir gün əvvəl Yuxarı Larsdan keçən yol hava şəraiti ilə əlaqədar ağır yük maşınları üçün bağlansa da, noyabrın 17-də günorta saatlarından etibarən hərəkət bərpa edilib.
Gürcüstan Hərbi Yolunun Qudauri-Kobi hissəsi buzlanma və görmə qabiliyyətinin aşağı olması səbəbindən tıxac olaraq qalır. Hər gün Yuxarı Larsdan orta hesabla 150-yə yaxın erməni yük maşını keçir.
Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Gürcüstan ərazisindən Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur. Hələ qış gəlməyib...
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub