İstanbul-Mersin təyyarəsi 3 dəfə qəza təhlükəsi yaşayıb.
Mynews.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Ürək tutmaları oldu, sərnişinlər etiraz etdilər: Pilot dəyişdirildi.
İstanbul-Mersin reysini həyata keçirən təyyarə sərnişinlərə dəhşətli anlar yaşadıb. Sərnişinlərin sözlərinə görə, təyyarə Aralıq dənizi üzərində 3 dəfə qəzaya uğrama təhlükəsi ilə üzləşib və bundan sonra məcburən Kayseriyə eniş edib.
Təyyarədə bəzi sərnişinlər ürək tutması yaşayıb. Qorxuya düşən bəzi sərnişinlər Kayseridə təyyarəyə yenidən minməkdən imtina ediblər. Hadisəyə polis müdaxilə edib və pilotun dəyişdirildiyi bildirilib.
Sərnişinlərdən birinin iddiasına görə, 1 nəfər ürək tutması keçirib, 1-2 nəfər huşunu itirib, 1 nəfərin isə vəziyyəti pisləşib və ona müdaxilə edilib.
![]()
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub