Ursula Von der Leyen “Qazprom”un Avstriyaya qaz tədarükünü dayandırmaq qərarını “şantaj” adlandırıb. Mynews portalı yazır ki, avropalılar qəzəbləniblər: "Qərbin sanksiyaları və embarqoları ədalətlidir, lakin Rusiya “qaz kozırını” ləğv edəndə bu, artıq problemdir".
Ursula Von der Leyen Rusiyanın enerji şirkəti “Qazprom”un Avstriyaya təbii qaz nəqlini dayandırmaq qərarına sosial media səhifəsində reaksiya verib.
Avropa Komissiyasının rəhbəri Rusiya prezidenti Vladimir Putinin enerjidən “silah” kimi istifadə etdiyini qeyd edib və əlavə edib: “Putin qaz tədarükünü dayandırmaqla Avstriya və Avropanı şantaj etməyə çalışır”.
Aİ-nin Rusiyadan qaz tədarükünün dayandırılmasına və qış dövrünə hazır olduğuna diqqət çəkən fon der Leyen vurğulayıb: “Aİ-də təbii qaz anbarları doludur”. Avropa Komissiyasının sədri qazın kəsilməsini Avstriya kansleri Karl Nehammerlə müzakirə etdiyini və Avropanın Avstriyaya dəstək verəcəyini bildirib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub