Kanada polisi 2023-cü ilin fevralında Huron gölü üzərində vurulmuş UFO-nun qalıqlarını aşkar edib. Mynews.az xəbər verir ki, obyekt Amerika F-16 qırıcısı tərəfindən vurulub, bundan sonra o, yavaş-yavaş suya batıb. Hava şəraitinin pisləşməsi ilə əlaqədar dağıntıların axtarışı dayandırılıb və onun taleyi yalnız indi məlum olub.
Fevralın 12-də Amerikanın F-16 qırıcısı qərbdə Miçiqan ştatı (ABŞ) ilə şimal və şərqdə Ontario (Kanada) əyaləti arasında yerləşən Huron gölü üzərində aşkarlanan UNO-ya iki raket atıb. Bu, kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinən Çin şarının fevralın 4-də məhv edilməsindən sonra aşkar edilən üçüncü naməlum obyekt idi.
Təsvirə əsasən, Huron gölünün üzərindəki obyekt kabellər asılmış səkkizbucaqlı idi. Obyekt vurduqdan sonra yavaş-yavaş suya batıb. Axtarış əməliyyatında ABŞ Sahil Mühafizəsinin əməkdaşları və Kanada Kral Atlı Polisi iştirak edib. Bir neçə həftə sonra, hava şəraiti ilə əlaqədar axtarışlar rəsmi olaraq dayandırılıb, bundan sonra obyektin taleyi barədə məlumat verilməyib.
Kanada Milli Müdafiə Departamentindən verilən rəsmi açıqlamada deyilir ki, Kanada polisi təyyarənin qalıqlarını axtarmağa davam edib, onu tapıb və ekspertizaya aparıb.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub