Çində transseksual qadın razılığı olmadan onu elektrik cərəyanına məruz qoyan tibb müəssisəsindən rekord məbləğdə təzminat alıb.
Mynews.az bildirir ki, Qinhuangdao rayon məhkəməsi xəstəxananın kişi doğulan, lakin özünü qadın kimi təqdim edən 28 yaşlı transgender qadına 60 min yuan (təxminən 8279 dollar) ödəməli olduğuna qərar verib.
Qeyd edək ki, Çində ilk dəfə bir trans şəxs tibbi müalicə üçün elektrik şokundan istifadəyə qarşı məhkəmədə qalib gəlib. Zərərçəkmiş qadın iddiasının digər LGBT insanların hüquqlarını qorumasına kömək edəcəyinə ümid etdiyini bildirib.
Belə ki, xəstəxanada ona anksiyete pozğunluğu və ziddiyyətli cinsi oriyentasiya diaqnozu qoyulub. O, 97 gün orada saxlanılıb və yeddi seans elektrik cərəyanına məruz qalıb.
"Çində transseksualların vəziyyəti o qədər də ürəkaçan deyil. Bu qrup üçün kifayət qədər müdafiə yoxdur" - deyə həmin şəxs bildirib.
Qeyd edək ki, transseksual qadın 2022-ci ilin iyul ayında cinsiyyətinə görə Qinhuangdao Şəhər Beşinci Xəstəxanasına qəbul edilib. Valideynləri onun cinsi kimliyinə qarşı olublar və onu psixi cəhətdən qeyri-sabit hesab ediblər. Məhz buna görə də onu ruhi xəstəxanaya göndəriblər.
"Bədənimə ciddi ziyan vuruldu. Hər dəfə müalicə alanda huşumu itirdim. Bununla razılaşmasam da, başqa çarəm yox idi" - deyə zərərçəkmiş bildirib.
Qadın deyir ki, xəstəxana onu "düzəltməyə" və cəmiyyətin gözləntilərinə uyğun olmağa məcbur etməyə çalışıb.
O, xəstəxanaya qarşı iddia qaldırıb və müalicə ilə şəxsi hüquqlarının pozulduğunu iddia edib.
Eyni zamanda, transseksual qadını müalicə edən həkim ona valideynlərinin həyatı üçün təhlükə yarada biləcəyini deyib. Həkim iddia edib ki, məhz onun cinsi kimliyinə görə ata-anası qəfil ürəktutmasından vəfat edə bilər.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub