Türkiyədə reytinqləri alt-üst edən “Yalı Çapkını” serialı yeni mövsümdə izləyicilərini qane etməyib.
Mynews.az bildirir ki, “Star TV”də yayımlanan serialda aktrisa Afra Saraçoğlunun canlandırdığı “Seyran” obrazı ilə aktyor Mert Ramazan Demirin canlandırdığı “Ferit” obrazı arasındakı ayrılıq dövrü reytinqləri aşağı salıb.
Qeyd olunur ki, zaman-zaman cəsarətli səhnələri ilə gündəmə gələn serialın gözlənilən reytinq artımı baş vermədiyi təqdirdə finalı olacaq. Bu vəziyyətə biganə qala bilməyən Gülseren Budayıcıoğlu da məsələyə reaksiya verib:
“Tamaşaçılar düz deyir. Onlar Seyranla Feritin sevgisini görmək istəyirlər. Hələ mövsümün əvvəlindəyik. Yəni Seyran və Feritin sevgisini növbəti bölümlərdə yenidən əks etdirəcəyik”.
Jurnalist Birsen Altuntaş isə qeyd edib ki, serialın reytinqləri artmasa, yeni ildən sonra bitə bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub